ABŞ prezidenti İranın nüvə anlaşmasına riayət etdiyini təsdiqləməyəcək

ABŞ prezidenti İranın nüvə anlaşmasına riayət etdiyini təsdiqləməyəcək

Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu gün İranla nüvə sazişinə dəstəyini rəsmən geri götürdüyünü bildirib. ABŞ lideri İslam Respublikasına qarşı yeni sərt strategiya açıqlayıb.

Tramp keçmişdə Prezident Obamanın əldə etdiyi anlaşmanı “ən axmaq razılıq” adlandırıb və buna son qoya biləcəyini deyib.

“Amerikanin sesi” bildirir ki,  Tramp çıxışı zamanı 2015-ci ildə Vaşinqton və digər 5 dövlətin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edib.

O, Tehranın nüvə sazişinə əməl etdiyini təsdiq etməyən İrana qarşı daha sərt münasibət göstəriləcəyini deyib. Lakin ABŞ dövlət başçısı rəsmi Vaşiqntonun sazişdən çıxacağı barədə heç nə deməyib. Belə ki, Trampın son addımı anlaşmanın büsbütün ləğv edilməsi anlamına gəlmir.

“Biz İranın nəticəsi əvvəlcədən bəlli olan zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik,” Donald Tramp bildirib.

Müqavilənin 60 gün müddətinə dayandırılacağı və bu müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq, qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir.

Respublikaçı və demokratların çoxu sanksiyaların bərpasına qarşıdır və bunun razılıği məhv edəcəyini, media xəbərləində isə prezident Trampın Konqresi bu addımı atmağa məcbur edə biləcəyi bildirilir.

ABŞ tərəfindən sazişin təxirə salınması cəhdləri xoşagəlməz nəticələr verməklə yanaşı, Vaşinqtonun beynəlxalq təcridinə yol açmış ola bilərdi.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər