Gürcüstanın baş prokuroru istefa verdi

Gürcüstanın baş prokuroru istefa verdi

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. Səbəb Tbilisidə iki yeniyetmənin qətlinə görə iş üzrə məhkəmə qərarından narazılıqdır. Belə iki, Tbilisi məhkəməsi yeniyetmələrin qətlinə görə mühakimə olunan şəxsləri qismən təqsirli bilib. Məhkəmə qərarına etiraz olaraq Tbilisidə Baş prokurorluğun binası qarşısında Şotadzenin istefası tələbilə aksiya keçirilib. Aksiyada qətlə yetirilmiş yeniyetmələrin yaxınları və ictimai-siyasi fəallar iştirak edib. Ölkə prezidentinin xanımı Maka Çiçua da etirazçılara qoşulıub.

Şotadze istefa tələblərini qəbul etdiyini və vəzifəsindən getdiyini açıqlayıb. “Qətlə yetirilmiş yeniyetmələrin valideynlərinə şəxsən müraciət edirəm: mən sizin tərəfinizdə olmuşam və elə də qalıram. Baş prokuror və bir ata kimi deyirəm ki, vəzifə sizin övladlarınızın həyatından qiymətli deyil. İstəyirəm biləsiz ki, günahkarların layiqli cəza alması üçün əlimdən gələni etmişəm. Əminəm ki, ədalət bərpa olunacaq və proses sona çatdırılacaq. Beləliklə, dediklərimə inanmanız üçün mən vəzifəmədən istefa verirəm və inanıram ki, bu iş üzrə ədalətli məhkəməyə nail olunacaq”, – deyə Şotadze istefa bəyanatında bildirib.

Ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis hadisədə şübhəli bilinən 2 yeniyetməni saxlayıb.

Şotadze 2015-ci ilin noyabrından Gürcüstanın baş prokuroru olub.

>
  • Hakimiyyәt şәhid ailәlәrini “qan pulu”
  • Məhkəmə jurnalisti həbsdə saxladı
  • Freedom House: Azərbaycan internet azadlığında
  • Prezidentin ehtiyat fondu korrupsiya layihələrinə
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub