İtaliyalı nazir TAP-ı mənasız layihə adlandırdı

İtaliyalı nazir TAP-ı mənasız layihə adlandırdı

İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olanTAP layihəsinə yenidən baxacağını bildirib.

Reuters-ə görə, İtaliya hökumətinin ətraf mühit naziri Sergio Costa deyib ki, Trans Adriatik Pipeline (TAP) digər əsas layihələr kimi yenidən nəzərdən keçiriləcək.

“TAP masa üzərindədir və biz ona prioritet kimi baxırıq”, o deyib.

Sergio Costa “enerji siyasətimizi, azalan qaz tələbatımızı nəzərə alsaq, bu gün bu layihə mənasiz görünür” deyə nazir ona ünvanlanmış sorğuların cavabında bildirib.

TAP layihəsinin yenidən gözdən keçirilməsi İtaliya ilə konsorsium arasında gərginlik yarada bilər, Reuters yazır.

40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.

Konsorsiuma Britaniyanın, İtaliyanın və İspaniyanın neft-qaz sahəsində çalışan şirkətləri daxildir.

Sergio Costa-nın üzvü olduğu The 5-Star partiyası ətraf mühitlə bağlı sərt siyasət yürüdən qüvvə kimi tanınır.

Sergio Costa əlavə edib ki, TAP-ın gələcəyi ilə bağlı hər hansı qərarı vermək üçün digər nazirlər də müzakirəyə cəlb edilə bilər.

>
  • Gürcüstanın baş naziri istefa verdi
  • “Mercedes” inəklərlə toqquşdu: 3 ölü, 3 yaralı
  • Yağsız ölkə
  • Ölkə böyük terrorla üz-üzədir
  • Milli Şura hakimiyyətdən mühacir fəallara basqını
  • Ötən il büdcə kəsiri 1 milyard 77,8 milyon manat
  • Böyük futbol həyəcanı başlayır
  • Böyük Britaniyanın XİN rəsmisi müxalifət
  • Rusiyanın “KVN” komandası ABŞ-a buraxılmadı
  • Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi