Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

Gürcüstanın Xarici İşlər Nazirliyi Suriya ilə diplomatik münasibətləri dayandırdığı haqda bəyanat yayıb. Bəyanatda bildirilir ki, 1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib.
Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.
Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub.
Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında “Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair” sazişin fəaliyyətinə xitam verib.

>
  • Gürcüstanın baş naziri istefa verdi
  • “Mercedes” inəklərlə toqquşdu: 3 ölü, 3 yaralı
  • Yağsız ölkə
  • Ölkə böyük terrorla üz-üzədir
  • Milli Şura hakimiyyətdən mühacir fəallara basqını
  • Ötən il büdcə kəsiri 1 milyard 77,8 milyon manat
  • Böyük futbol həyəcanı başlayır
  • Böyük Britaniyanın XİN rəsmisi müxalifət
  • Rusiyanın “KVN” komandası ABŞ-a buraxılmadı
  • Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi