Nazirliyin adı dəyişdirilib, amma bu barədə rəsmi saytında məlumat yoxdur

Nazirliyin adı dəyişdirilib, amma bu barədə rəsmi saytında məlumat yoxdur

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi ilə Prezident İlham Əliyev 13 fevral 2017-ci ildə Sərəncam imzalayıb. 

 

Hurriyyet.info-nun məlumatına görə, Sərəncamda bildirilirdi ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.

 

Daha sonra bildirilirdi ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

Yeni nazirliyinin yaradılmasından 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytında nazirliyin adı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi göstərilib. 

 

Nazirliyin Əsasnaməsinin yerləşdirildiyi səhifənin Ümumi Müddəalar bölümündə də dəyişiklik nəzərə alınmayıb.

 

Amma maraqlıdır ki, saytın xəbərlər bölümündəki sonuncu rəsmi xəbərdə - Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub - nazirliyin adı düzgün qeyd edilib və "İclaslarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib" cümləsi var.

 

Qeyd edək ki, saytın digər dillərində vəziyyət eynidir.

 

 

Məsələnin kuliminasiya nöqtəsi isə budur ki, 13 fevral 2017-ci il tarixdə Ramin Namiq Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da saytda yerləşdirilməyib. Hələ də saytda R.Quluzadənin 15 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi barədə qeyd öz əksini tapıb.

 

Ümid edirik ki, cəmi bir neçə dəqiqə ərzində düzəldilməsi mümkün olan bu yanlışlığı nazirliyin İT mütəxəssisləri həll edəcəklər.

>
  • Milli Şura yaxın 2 ayda hansı addımları atacaq?
  • Milli Şura növbәdәnkәnar seçkini boykot edir vә
  • Ölkədə vəziyyət
  • Həbsdə olan jurnalistin növbəti məhkəmə prosesi
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.