London terrorunda şübhəli bilinən iki şəxsin adı açıqlanıb

London terrorunda şübhəli bilinən iki şəxsin adı açıqlanıb

London polisləri 3 iyun terrorunu törətməkdə şübhəli bilinən 3 şəxsdən ikisinin adını açıqlayıb. 

Hurriyyet.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.   

Onlar Londonun şərqində yerləşən Barkinqda yaşayan 27 yaşlı Pakistan əsilli Xuram Şahzad Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduandır. Terror törədənlərin hər üçü polis tərəfindən öldürülüb. Üçüncü şəxsin adı hələlik açıqlanmır. 

Xatırladaq ki, yunun 3-də   “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

 

>
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub
  • AXCP fəalı həbsxanada aclığa başlayıb
  • Gözəl Bayramlının məhkəməsi təxirə salınıb
  • Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn
  • Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə