Dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasiminə qatılıb

Dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasiminə qatılıb

Energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb.

 

Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, N. Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

 

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə N. Əliyevlə bağlı xatirələrini bölüşüb. O, N. Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını bildirib.

 

"Azərenerji" ASC prezidenti Etibar Piverdiyev də N. Əliyevin faydalı ömür sürdüyünü söyləyib.

 

"Azərişıq" ASC-nin sədri Balababa Rzayev N. Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.

 

N. Əliyevin oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "O, gözəl ata, ailə basçısı idi".

 

F. Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.

 

Bununla da vida mərasimi başa çatıb.

 

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

 

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib./APA

 

 

 

 

 

 

 

 

 

>
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub
  • AXCP fəalı həbsxanada aclığa başlayıb
  • Gözəl Bayramlının məhkəməsi təxirə salınıb
  • Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn
  • Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə