Tovuzda arxeoloji qazıntılar zamanı döyüşçü qəbri aşkarlanıb - FOTO

Tovuzda arxeoloji qazıntılar zamanı döyüşçü qəbri aşkarlanıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olan abidədə arxeoloji qazıntılar aparıb.

 

İnstitutdan Hurriyyet.info-ya bildiriblər ki, eramızdan əvvəl II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.

Arxeoloji qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilən insan skeletləri ilə yanaşı, saxsı qablar, silah nümunələri, yerli, eləcə də Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları tapılıb. Ən maraqlı tapıntılardan kişiyə məxsus bir qəbirdə, skeletin bel hissəsində aşkar edilən tunc kəməri və onunla birgə dəmir xəncəri xüsusilə qeyd etmək lazımdır. Bu tapıntılar dəfn edilənin döyüşçü, yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Qadın qəbrində isə çoxsaylı bəzək əşyaları – müxtəlif minerallardan hazırlanan muncuqlar və s. aşkar olunub.

>
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər
  • Lənətə gəlmiş bu ölüm maşınını durdurmalıyıq!
  • Rza Zərrab Azərbaycan haqqında nələri deyə