Azərbaycanda benzin yenə bahalaşdı

Azərbaycanda benzin yenə bahalaşdı

Azərbaycanda benzinin qiyməti qalxıb. “Aİ-95” markalı benzin 1 manat 25 qəpik, “Ai-98” markalı benzinin bir litri isə 1 manat 50 qəpik olub. Hər iki markadan olan benzin 20 qəpik bahalaşıb.

Bu markadan olan benzin Azərbaycana xaricdən idxal olunur. Rəsmilər qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirirlər.

Amma qiyməti Tarif Şurası tərəfindən tənzimlənən “Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətlərində hər hansı dəyişiklik yoxdur.

“Aİ-95” və “Ai-98”in satışı ölkənin yanacaqdoldurma məntəqələrində, əsasən də rayonlarda bir həftə əvvəldən dayandırılmışdı. Bunu qeyri-rəsmi belə izah edirdilər ki, bu markalardan olan benzin bahalaşacaq, yeni qiymətlərin elan edilməsini gözləyirlər.

 

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər