Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

Müsəlman qaydaları ilə kəsilmiş ətin dünyada ən böyük istehsalçısı Braziliyadır.

2015-ci ildə Braziliyanın xaricə satdığı ətin dörddə biri müsəlman ölkələrinə – Şimali Afrika və Yaxın Şərq ölkələrinə gedib. Bu ətin dəyəri 1,4 milyard dollar olub.

Braziliyada halal ətə sertifikat verən 3 təşkilat var. Onların ən böyüyü “Fambras” – Braziliyanın Müsəlman Assosiasiyaları Federasiyasıdır. 1979-cu ildə yaradılan bu təşkilatda ölkə boyu 48 müsəlman icması və məscidi təmsil olunur.Fambrasla sıx işbirliyində olan Braziliyanın Halal Ət Mərkəzində680 nəfər işləyir. Onların 500-ü ölkənin müxtəlif bölgələrindəki sallaqxanalardadır.

Hazırda Braziliyada 300-cən halal sertifikatlı şirkət var. Onların çoxu mal, qoyun, toyuq əti istehsal edən müəssisələrdir. Amma halal kosmetika, dərman istehsal edən şirkətlərin də sayı artır. Artıq Braziliya Körfəz ölkələrinə dərman ixrac edə bilir.

Maraqlıdır ki, Braziliyanın özündə halal ət tapmaq asan deyil. Xüsusən də San Paolo və Rio de Janeyro kimi iri şəhərlərdən kənarda.

Braziliyanın 200 milyonluq əhalisinin yalnız kiçik bir hissəsi – təxminən 1,5 milyonu müsəlmandır. Onların çoxu Suriya, Misir və Fələstin əsillidir.

Halal ətin əsas ixracatçıları sırasında Braziliyadan sonra Avstraliya, Hindistan, Fransa və Çin gəlir.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi