Mətbuat Şurasının sədrindən mətbuata qarşı düşməncəsinə təklif

Mətbuat Şurasının sədrindən mətbuata qarşı düşməncəsinə təklif

Hər hansı sayta girişin məhdudlaşdırılması onun işinin dayandırılması kimi qəbul edilməməlidir. Bunu cümə günü parlamentdə Mətbuat Şurasının sədri Əflatun Amaşov “KİV haqqında” qanuna dəyişikliklərə dair müzakirələrdəki çıxışı zamanı deyib.

“Təbii ki, qadağan olunmuş informasiyanı dərc edən saytlara girişi məhdudlaşdırmaq lazımdır, ancaq bu, onların işinin dayandırılması kimi qəbul edilməməlidir”, – o vurğulayıb.

Ə.Amaşov törədilən əməlin ağırlığından asılı olaraq saytlara girişin məhdudlaşdırılması üçün müddətin təyin olunmasını təklif edib: 3 ay, 6 ay, 1 il.

“Müddət davranışa adekvat olmalıdır. Dünyada belə praktika mövcuddur. Böyük Britaniyada şikayətlərin araşdırılması üzrə komissiya var. Bu, ayrı-ayrı İnternet resursların fəaliyyətinin məhdudlaşdırılması haqda qərar qəbul edir, bu cür məhdudiyyətlərə görə müddət müəyyən edir”, – o bildirib. (turan)

 

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər