920 milyonluq kəsirlə büdcə qəbul edildi

920 milyonluq kəsirlə büdcə qəbul edildi

Dekabrın 1-də Milli Məclis 2018-ci ilin dövlət büdcəsini qəbul edib. Büdcənin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılır.

Deputatlar büdcə zərfinə daxil olan başqa qanun layihələrinə də səs veriblər.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3 milyard 578 milyon 760 min manatdır.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiqlənir.

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi 89 milyon manatdır.

Milli Məclis üçün 25,4 milyon manat, Hesablama Palatası üçün 3,8 milyon manat vəsait nəzərdə tutulur(novator.az).

>
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər
  • Lənətə gəlmiş bu ölüm maşınını durdurmalıyıq!
  • Rza Zərrab Azərbaycan haqqında nələri deyə