Koordinasiya Mərkəzi nələri tələb etdi?

Koordinasiya Mərkəzi nələri tələb etdi?

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələr zamanı Azərbaycanın Avropa Birliyi ilə Strateji Tərəfdaşlıq Sazişi imzalamaması pislənilib və bununla bağlı Milli Şura adından ayrıca bəyanat qəbul olunması qərara alınıb.

İclasda hakimiyyətin nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən anti- demokratik dəyişikliklər, siyasi məhbusları müdafiə edən vəkillərə qarşı son zamanlar artan təzyiqlər, tanınmış vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırması ilə bağlı adı çəkilən qurumun məhkəməyə müraciət edilməsinə etiraz olunub.

Toplantıda son zamanlar ölkədə aparılan repressiyalar, qanunsuz həbslər müzakirə olunub. Turan TV- nin “Xəbər var” proqramının müəllifi və aparıcısı Türkel Azərtürkün qohumu Emin Saqıyevin, Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudovun haqqında cinayət işi açılaraq həbs edilməsi, 2015- ci ilin noyabrında Nardaranda keçirilən əməliyyat zamanı qətlə yetirilən Rafael Bünyadovun oğlu, 18 yaşlı Hüseynağa Bünyadovun evlərinin qarşısında polisə müqavimət adı ilə 30 sutka inzibatı həbs cəzasına məruz qalması pislənilib. Milli Şura hakimiyyəti adı çəkilən şəxslər daxil olmaqla şərlənətək həbs olunmuş bütün siyasi məhbusları azad etməyə çağırıb.

 

>
  • Hüquqi qəbristanlıqdan qalxan üfunət iyi..
  • Paytaxtda uçub-sökülən məktəb binası
  • Rejimdən Azərbaycan gəncliyinə göz dağı
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir!!!Dəhşət
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Azərbaycan korrupsionerlərinin ifşası ilə bağlı
  • Ağdamın icra başçısı dələduzluğa görə istintaqda