Mikayıl Cabbarova necə vergi verildi?

Mikayıl Cabbarova necə vergi verildi?

Heç kimə sirr deyil ki, Azərbaycanda kadr islahatları eyni adamların fərqli kürsülərə otuzdurulmasından ibarətdi. Bir rayonu talan eləmiş icra başçısını, başqa bir rayona təyin edirlər. Bir rayonda əhaliyə qan uddurmuş polis rəisini, başqa bir rayona göndərirlər. Eləcə də, bir naziri başqa bir nazirlə əvəz edirlər və bütün bunlar “analoqsuz islahat”kimi cəmiyyətə paylanır.
Bu mənada Təhsil naziri Mikayıl Cabbarovun Vergilər naziri təyin olunması da analoqsuzluq koteqoriyasına daxil edilməlidir.
Amma hökumətimiz həmişəki kimi təəccübləndirməyi bacarır. Belə ki, Mikayıl Cabbarovun yeni təyinatını təhsildəki misilsiz xidmətləriylə əsaslanıdırırlar. Bəli, palaz-palaz məqalələr yazıb, israr edirlər ki, təhsilimiz üçüncü kosmik sürəti alıb.
Mikayıl Cabbarovun şəninə yazılan palaz boyda məqalənin bir hissəsində deyilir: “Müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Bu proses müəllimlərin rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, onların bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsinə imkan verib. Ötən müddət ərzində müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində də işlər aparılıb. Bu siyasət ölkədə daha bilikli və hazırlıqlı insanların müəllim peşəsini seçməsinə stimul yaradıb. Yalnız 2017-2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib ki, bu da böyük nailiyyət sayıla bilər. Təhsilin keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər ərzində ali məktəblərə qəbul imtahanı zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin də sayı artıb. M.Cabbarovun təhsil naziri olduğu müddətdə ölkədə 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlbi sahəsində də əhəmiyyətli addımlar atılıb”
Hətta, məqalədə Mikayıl Cabbarovun iqtisadiyyat sahəsinə verdiyi töhfələrdən də söhbət açılır.
Bir sözlə, xalqa sübut etməyə çalışırlar ki, Mikayıl Cabbarov vergili adam imiş və hansı sahəyə ayaq basırsa xarüqələr yaradırmış. Bununla həm də ictimai fikrə qəbul etdirmək istəyirlər ki, vergili nazir, Vergilər nazirliyində də inkişaf dağı yaradacaq.
Amma hamımızın qarşısında əlahəzrət fakt dayanıb və bu palaz məqalələrin balca “kovralit” boyda da gücü yoxdur. Yəni, təhsildəki rüşvət azalmayıb, müəllimlər hələ də dilənçi maaşı alır və seçki saxtakarı kimi istifadə olunur, hələ də şagirdlər repetitorlardan asılı vəziyyətdədir, hələ də ölkə Universitetləri reytinq cədvəllərində axırıncı yerlərdən boylanır, hələ də ali təhsilli işsizlər rekord həddədir , hələ də təhsil haqlarının fantastik həddə olması minlərlə gənci tələbə adından məhrum edir və.s
Bugünlərdə isə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni rəqəmlər səsləndirdi. Məleykə Abbaszadə bildirib ki, Azərbaycanın bəzi rayonlarında qızlar 9-cu sinfədək təhsil ala bilmirlər: “Bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlandır. Bu isə təbii amillərlə bağlı deyil. Bu, o deməkdir ki, qızlar 9-cu sinfə gəlib çatmayıblar. Müəyyən rayonlarda isə oğlan məzunların sayı 48 faizdən azdır. Bu, o deməkdir ki, oğlanlar 13-14 yaşlarından təsərrüfat işlərinə və s. cəlb olunur və artıq 9-cu sinfə gəlib çatmırlar. İcbari təhsil başa çatdıqdan sonra 9-cu sinfi bitirən məzunların 30-35 faizi təhsilini davam etdirmir. Onlar kolleclərə qəbul üçün sənəd vermirlər. Ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar. Çünki peşələri də yoxdur”- deyə Məleykə Abbaszadə bildirib.
Göründüyü kimi, hər güz üzləşdiyimz reallıqlar da, statistik rəqəmlər də təhsilin ağlar günə qaldığını göstərir. Yəni, Mikayıl Cabbarovun adına yazılan uğurlar, uğursuzluqlardan ibarətdi. Belə “vergi”li kadrın Vergilər nazirliyində də uğur qazanacağına inam yaratmaq istəyirlər. Amma Mikayıl Cabbarov öz nümunəsiylə təsdiqləyib ki, bu ölkədə nazirlərin yeri dəyişəndə, nazirlikdəki vəziyyət dəyişmir. Misir Mərdanovdan sonra təhsil sağlamlığına qovuşa bilmədiyi kimi, Fazil Məmmədovdan sonra da vergi sistemi ayağa qalxa bilməyəcək. Bu ölkədə bütün təyinatlar şəxsi istəklərin, intriqaların, imitasiyanın göstəricisi kimi ortaya çıxır.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi