Azərbaycan səhiyyəsinin vəziyyəti

Azərbaycan səhiyyəsinin vəziyyəti

“Hər il Azərbaycandan bizim klinikaya 8 min xəstə müraciət edir… Azərbaycanda səhiyyə yox səviyyəsindədir. Onların çoxlu pulu var və çox yaxşı xəstəxanalar tikiblər, bahalı avadanlıqlar alıblar”. Bu fikirləri Gürcüstan paytaxtı Tbilisidə yerləşən “New Hospital” klinikasının direktoru Nika Okriaşvili bir auditoriyada çıxışı zamanı səsləndirib.

Onun fikirləri bugünlərdə Azərbaycanda sosial şəbəkələrdə geniş şəkildə yayıldı və “Gör səhiyyə nə günə qaldı” kimi müzakirələrə yol açdı.

Azərbaycanın Səhiyyə Nazirliyi isə Okriaşvilinin dediklərini şübhəylə qarşılayır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzadlıqRadiosu-na deyir ki, həmin şəxs ortaya rəsmi rəqəmlər, sənədlər qoysun.

“O adam öz ölkəsində nə istəyir, danışa bilər, nə qədər rəqəm istəsə, söyləyə bilər. Siz ona zəng vurun, qoy rəsmi statistika versin,”, – nazirliyin sözçüsü bildirir.

Liya Bayramova Nika Okriaşvilinin Azərbaycan səhiyyəsini tənqid etməsinə, yəni müasir, yaxşı xəstəxanalar tikildiyi, bahalı avadanlıqlar alındığı halda səhiyyənin olmaması haqda dediklərinə də təxminən eyni cavabı verir: “Öz ölkəsində kim nə istəyir danışa bilər. O kişi öz torpağındadır”.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi