Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır

Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır

Azərbaycanda elektrik şəbəkəsinin reabilitasiyası üçün hökumətin 7,75 mlrd. manat həcmində vəsaitə ehtiyacı var.

Hökumətdəki mənbələrdən əldə edilən məlumata görə, bu xərcləri baş nazir təsdiq edib.

Məlumata görə, elektrik şəbəkəsinin reabilitasiyasına dair müvafiq master-plan hazırlanıb: “Baş nazirin imzaladığı master-planda göstərilir ki, 85%-i yararsız olan elektrik şəbəkəsinin reabilitasiyası və onun normal hala gətirilməsi üçün 7,75 mlrd. manat lazımdır”.

Qeyd edək ki, bu master-plan 2015-ci ildə “Azərenerji” ASC-dən “Azərişıq” ASC-yə təhvil verilən paylayıcı şəbəkənin yenilənməsi məqsədi ilə hazırlanıb.

Xatırladaq ki, “Azərişıq” 2016-cı ildə Asiya İnkişaf Bankı (ADB) ilə 1 mlrd. ABŞ dolları həcmində investisiya müqaviləsi imzalayıb. Müqavilə üzrə 250 mln. dollarlıq ilk tranş artıq Bank tərəfindən təqdim olunub və bir sıra regionlarda elektrik enerjisi sistemi yenilənib. 

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi