Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan anormallıqlardan danışdı

Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan anormallıqlardan danışdı

Orta məktəblərdə riyaziyyat fənninin tədrisində bəzi məsələlər tətbiq edilmir.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədi Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib ki, 1-ci sinifdən başlayaraq, riyaziyyatın tədrisində statistikanın əsasları, ehtimal nəzəriyyəsi kimi məsələlər yeni kurrikuluma daxil edilib:

“Problem nədən ibarətdir? Məktəblərdə indi dərs deyən müəllimlər vaxtilə ali məktəbdə, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində nə statistikanın əsaslarını, nə də ehtimal nəzəriyyəsini keçiblər. Onlar indi ali məktəbdə tədris edilməlidir. Riyaziyyat axı cəbr və həndəsə deyil. Riyaziyyatın müxtəlif istiqamətləri və nəzəriyyələri var. İndiki dövrdə riyaziyyat çox aktualdır. İndi yeni növ sahələr orta məktəb proqramlarına daxil edilib. Bu normaldır və bu, bütün dünyada belədir. Ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir ki, məzun həmin proqramla məktəbə gələ bilsin”

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt