Dövlət başçısının analoqsuz təltifləri

Dövlət başçısının analoqsuz təltifləri

Uzun illərdi Azərbaycanda yerlər dəyişik düşüb. Oğrunun cəzası doğruya, doğrunun mükafatı oğruya verilir. Birqayda olaraq bu ölkədə ən yüksək mükafatlar cəmiyyətdə ən az nüfuza malik olan şəxslərə verilir. “Şərəf”, “Şöhrət” ordenlərinə layiq görülənlərin siyahısına baxsaq, əsas meyarın nə olduğunu aydın görə bilərik. Bəli, bu ölkədə dövlətə və xalqa xidmətə görə heç bir mükafat nəzərdə tutulmur. Bütün mükafatlar hökumətə xidmətə görə verilir. Vətən, xalq maraqları uğrunda savaşanlar isə həbsxanalarla mükafatlandırılır.
Ən dəhşətlisi budur ki, haqqında mənfi faktlar üzə çıxan, fəaliyyətində nöqsanlar aşkarlanan, mətbuatın “sevimlisinə” çevrilmiş adamlar birmənanlı şəkiıdə mekafata layiq görülür. Bir də görürsən ki, hansısa əməlinə görə insanların nifrətinə tuş gəlmiş adamı məqsədli şəkildə önə çəkirlər.
Bugünlərdə isə məlum oldu ki,  ölkə başçısı  Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Elxan Bahadur oğlu Hüseynovu “Şöhrət” ordeni ilə təltif edib. Bəli, dövlət başçısı Sumqayıt Dövlət Universitetinin rektorunun təltif edilməsi ilə bağlı ötən  gün sərəncam imzalayıb.
Məsələ burasındadır ki, bir neçə ay öncə Hesablama Palatasının yeni hesabatı açıqlandı və Sumqayıt Dövlət Universitetindəki neqativ hallar faktlarla ortaya qoyuldu.  Bu materiallar mətbuatda, o cümlədən bizim saytda da dərc olundu
“Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən universitetdən xaric edilib, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən Universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2 faizi, 2015/2016-cı tədris ilində 76,4 faizi, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1 faizi imtahanlarda aşağı nəticələr göstəriblər”-deyə hesabatda bildirilirdi.
Amma Azərbaycanda tamam fərqli prinsiplər hökm sürür. Hakimiyyət “bütün pislər mükafata layiqdi” şüarı ilə idarə edir. Buna görə də heç bir vəzifəli şəxs pis əməllərdən çəkinmir. Necə deyərlər, yuxarının haqqını ver, aşağının haqqını tapdala.
Müxtəsər,  xalqın, sənədlərin “qara siyahı”sına düşmək qorxulu deyil,  əsas odur ki, hökumətin “qara siyahı”sına düşməyəsən. Xalqa xidmətə görə töhmət, hökumətə xidmətə görə “Şöhrət” verilir

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt