Vəkil Əfqan Muxtarlı ilə görüşüb

Vəkil Əfqan Muxtarlı ilə görüşüb

Bu gün, yanvarın 1-də Şəki Penitensiar Kompleksində vəkil Elçin Sadıqov jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Bu barədə vəkil özü məlumat yayıb:

«Nə qədər möhkəm görünməyə çalışsa da, içinin ağladığını hiss edirdim, xeyli dərdləşdik. Təəssüf əlimizdən səbir diləməkdən başqa heç nə gəlmir. Onun yaxın qohumlarının dəfn mərasiminə buraxılması barədə müraciətimizə, hələ cavab verilməyib».

Ə.Muxtarlının buraxılmasından ötrü Penitensiar Xidmətə müraciət olundu

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxın qohumlarının yas mərasimində iştirakından ötrü Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova və Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədova müraciət edilib.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkilin bildirməsinə görə, məktub dekabrın 31-də günün ikinci yarısı Penitensiar Xidmətin inzibati binasında olan qutuya atılıb.

«Məktubda humanistlik göstərilməsini və Ə.Muxtarlının yaxın qohumlarının yasında və dəfnində iştirak edə bilməsi üçün Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə 3-günlük icazə verilməsini xahiş etdim. Bildirdilər ki, sabah növbətçi baxıb rəhbərliyə məruzə edəcək», – vəkil vurğulayıb.

Jurnalistlərdən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, MeydanTV-nin rəhbəri Emin Mili və bir sıra siyasətçilər bundan əvvəl həbsdən yaxınlarının dəfnində iştirak etməkdən ötrü müvəqqəti buraxılıblar.

Əfqan Muxtarlının ailəsində faciə baş verib

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı və başqa doğmalarının dəfnində iştirak etməkdən ötrü müvəqqəti həbsdən buraxılmasını istəyir.

Bu barədə jurnalist Mustafa Hacıbəyli məlumat yayıb.

Mustafa Hacıbəylinin bildirməsinə görə, Əfqan Muxtarlı həbsdən zəng vurub:

“Çox üzülüb. Dedi ki, “vəkillərim Penitensiar Xidmətə muraciət etsinlər, dəfnə gelib çatım”

Dekabrın 31-də Əfqan Muxtarlının bacısının, bacısı uşağının və qardaşı uşağının mənzildə meyitlərinin tapıldığı haqda məlumat yayılıb.

Hüquq mühafisə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib

Hadisənin Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verdiyi açıqlanıb.

APA-nın xəbərinə görə, həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Nuranə Sabir qızı Muxtarlının, onun bir azyaşlı övladının və qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Xəbərdə qeyd edilir ki, hadisə baş verən zaman mənzildə Nuranə Muxtarlının daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıblar. Meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt