Gözəl Bayramlıdan xalqa bayram təbriki

Gözəl Bayramlıdan xalqa bayram təbriki

AXCP sədr müavini Gözəl bayramlı xalqı Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib:

 

“Dəyərli dostlarım, əqidədaşlarım, əziz Azərbaycan xalqı! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Uzun zamandır sizdən uzaq olsam da, bu mübarizə ruhuma zərrə qədər də təsir etməyib. Əksinə, həbsxanada olduğum bu zaman arasında ölkəmizlə bağlı bir çox həqiqətləri daha dərindən görə bilmişəm. Davamız müqəddəs davadır, Azərbaycan davasıdır. Bu davada bütün əqidə dostlarım kimi sonadək varam. İnanıram ki, Azərbaycan insanının evində ürək dolusu sevinclə bayram edə biləcəyi günlər yaxındadır. Bunun üçün hamımız əl-ələ verməli, haqq davasında olanların yanında dayanmalıyıq. Hamınıza, sağlamlıq, ölkəmizə və hər birinizin həyatına qayğısız, sevinc dolu günlərin gəlməsini arzulayıram. Azad, çiçəklənən Azərbaycanı bərabər qurmaq arzusuyla bayramlarınız mübarək”!

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt