Əfqan Muxtarlının bacısı, bacısının vә qardaşının uşaqları hәlak oldu

Əfqan Muxtarlının bacısı, bacısının vә qardaşının uşaqları hәlak oldu

Hazırda siyasi mәhbus hәyatı yaşayan jurnalist Әfqan Muxtarlıya ağır itki üz verib. Onun bacısı, bacısının vә qardaşının övladları hәlak olub.
Hadisə barədə Meydan TV-yə Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlı danışıb.
Onun sözlərinə görə, meyitlər dekabrın 31-də saat 14 radələrində aşkarlanıb: “Qaz sobası işlədirdilər. Gecə yanılı qoyub yatıblar. Bərk külək olub, qazı söndürüb, xəbərləri olmayıb. Qaz da dolub evə”. Elşən Muxtarlı deyib ki, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb. E. Muxtarlı bildirib ki, hazırda meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
Hadisə barədə Əfqan Muxtarlıya məlumat verilib. “Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, Əfqan Muxtarlı onunla əlaqə saxlayıb: “Əfqan Muxtarlı zəng etmişdi. Çox üzülüb. Dedi: “Vəkillərim Penitensiar Xidmətə müraciət etsinlər, dəfnə gəlib çatım”.
Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil Meydan TV-yə deyib ki, hazırda Penitensiar Xidmətə gedirəm və hələlik dəfndə iştirakına icazə verilməyib.
Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Meyitlər tibbi müayinə olunmaq üçün Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümün səbəbi məlum olacaq.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

 

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt