“Nərgiz mükafatı” Mehman Hüseynova verildi

“Nərgiz mükafatı” Mehman Hüseynova verildi

Bu gün Müsavat Partiyasının qərargahında Nərgiz Yaqublunın xatirəsinin əbədiləşdirilməsi məqsədilə  təsis olunmuş “Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.

Mükafat komissiyasında öncədən keçirilən gizli səsvermənin nəticəsinə əsasən bu il “Nərgiz” mükafatına həbsdə olan bloger Mehman Hüseynov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq, Müsavat başqanı Arif Hacılı mükafatı Mehman Hüseynovun valideynləri Rafiq bəy və Firəngiz xanım Hüseynovlara təqdim edib. Rafiq Hüseynov Mehman Hüseynovun əqidə yoldaşları ilə qürur duyduğunu vurğulayıb və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

“Düzgünlük nə vaxtsa hökmən cücərəcək”, – Rafiq Hüseynov deyib.

Alya Yaqublunun aparıcılı ilə keçirilən mərasimdə daha sonra bloger Eltac Turan Türkün Mehman Hüseynov haqqında hazırladığı video-çarx nümayiş etdirilib.

Tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Nida Vətəndaş Hərəkatının təmsilçisi Samir Əsədli, D18 təşkilatının sədr müavini və mükafat komissiyasının üzvü Samirə Ağayeva və vicdan məhbusu Qiyas İbrahimin anası Şura Əmiraslanova çıxış ediblər.

Çıxışlarda mərhum müsavatçı Nərgiz Yaqublunun keçdiyi şərəfli mübarizə yolu yad edilib, hakimiyyət repressiyalarına rəğmən mübarizə aparan gənclərin fədakarlığı qiymətləndirilib. Mehman Hüseynovun hakimiyyətin korrupsiya fəaliyyətini ifşa edən materialları xatırlanıb, onun bu mükafatı haqq etdiyi qeyd edilib.

Qeyd edək ki, “Nərgiz Mükafatı” 2015-ci ildə Nida Vətəndaş Hərəkətının təmsilçisi – vicdan məhbusu İlkin Rüstəmzadəyə,  2016-cı ildə isə “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov Bayram Məmmədova təqdim edilib.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt