İlham Əliyev hesab edir ki, vətəndaş 130 manata yaşaya bilər

İlham Əliyev hesab edir ki, vətəndaş 130 manata yaşaya bilər

Dövlət başçısı İlham Əliyev “Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edir.

İlham Əliyev Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında
Qanunu da imzalayıb.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

Bu Qanun da 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdi.

Xəbər verdiyimiz kimi, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt