AXCP-dən Real Partiyasına dəstək

AXCP-dən Real Partiyasına dəstək

Əli Kərimli: “Real partiyasına mənəvi-siyasi dəstəyimiz tamdır”

Mayın 28-də Bakının mərkəzində keçirilən Cümhuriyyət yürüşündə fəal iştiraklarına görə Real partiyası üzvləri hədəfə alınıb. Partiyanın məclis üzvü Azər Qasımlının ardınca daha 3 realçıya 30-25 sutka arasında inzibati həbs verilib. Eyni zamanda təşkilatın bir neçə üzvü polis bölmələrinə aparılıb. Partiya fəallarının yaydığı məlumata görə, ən azı 20 belə üzvləri var.

Real partiyasına qarşı bu basqıya AXCP sədri sərt etiraz edib və partiyası adından dəstək verib. Ə.Kərimli feysbuk səhifəsində yazıb:

“Azər Qasımlının inzibati qaydada həbsinin ardınca Real partiyasının üzvlərinin həbsi bu gün də davam edib. Partiyanın fəalları Nəriman İsmayılov və Ərəstun Əlizadə 30 sutka, Elmin Həmzə isə 25 sutka müddətinə inzibati qaydada həbs olunub. Həbslər davam da edə bilər, bir çox partiya fəalları da polisə çağırılıb. Şübhə etmirəm ki, Real üzvlərinə təzyiqlər partiyanın İstiqlal bayramı tədbirlərində aktiv iştirakı ilə bağlıdır. Real üzvlərinin qanunsuz həbsini qəti şəkildə pisləyirəm və bildirirəm ki, real mübarizəyə başlamış Real partiyasına AXCP olaraq mənəvi-siyasi dəstəyimiz tamdır.”

>
  • Hakimiyyәt şәhid ailәlәrini “qan pulu”
  • Məhkəmə jurnalisti həbsdə saxladı
  • Freedom House: Azərbaycan internet azadlığında
  • Prezidentin ehtiyat fondu korrupsiya layihələrinə
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub