DİN Gəncədə iki polis zabitinin öldürüldüyünü deyir

DİN Gəncədə iki polis zabitinin öldürüldüyünü deyir

Daxili İşlər Nazirliyi Gəncədə iki polis zabitinin öldürüldüyü haqda məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.

Məlumatda onları Gəncədəki bir qrup “radikal ünsürün kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində” öldürdükləri bildirilir.

Nazirlik Gəncə hadisələri haqda deyir ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Məlumata görə, polisin xəbərdarlığına məhəl qoymayan “qanunazidd hərəkətlərin iştirakçıları” özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

40 nəfərin tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirildiyi, qalanlarının qaçaraq ərazini tərk etdiyi qeyd olunur.

Təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayişin tam bərpa edildiyi deyilir.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

>
  • Tək enerji sektoru yox, bütövlükdə ölkə çökür və
  • DİN Gəncədə iki polis zabitinin öldürüldüyünü
  • Azərbaycanın işıqsız qalmasını Hüseyn Arabul belə
  • İlkin Rüstəmzadənin anası: “Proseslər İlkinin
  • AXCP-nin daha 2 fəalı həbs edildi
  • Son hadisələr hakimiyyətlə xalq arasında dərin
  • Gəncədə icra başçısını güllələdilər; Rəsmi
  • Enerji təsərrüfatına 5 milyard yatırılan ölkə
  • AXCP-nin daha 2 fəalı həbs edildi
  • Gəncədə icra başçısını güllələdilər; Rəsmi