Mehman Hüseynov anası ilə görüşə buraxılmadı

Mehman Hüseynov anası ilə görüşə buraxılmadı

“İslah yoluna qədəm qoymadığına, xasiyyətcə qapalı olduğuna” görə

Həbsdə olan bloger Mehman Hüseynovun xəstə anası ilə görüşməsi üçün edilən müraciətə mənfi cavab verilib. Bununla bağlı blogerin vəkili Şəhla Hümbətova məlumat yayıb. Məhkəmədən blogerin vəkilinə göndərilən məktubda onun anası ilə görüşə buraxılmasının məqsədəuyğun olmadığı qeyd edilib:

“Sizin, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 69/2017 saylı 03.03.2017-ci il tarixli hökmü ilə AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkum Hüseynov Mehman Rafiq oğlunun AR CİM-nin 89-cu maddəsinə əsasən 07 (yeddi) gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilməsi ilə əlaqədar 25.07.2018-ci il tarixdə Penitensiar xidmətdən daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər.
….
Lakin, məhkum Hüseynov Mehman Rafiq oğlu cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islah yönümlü tədbirlərdə iştirak etməkdən yayınmışdır. Belə ki, müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməmiş, habelə barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Xasiyyətcə qapalıdır. Göstərilənlərlə əlaqədar onun əməyə münasibətinin qənaətbəxş olmaması və islah yoluna qədəm qoymaması müəyyən edilmişdir.
Qeyd olunanları nəzərə alaraq məhkum M.R.Hüseynovun qısa müddətli səfərə buraxılması məqsədəmüvafiq hesab olunmur”.

>
  • Zəfər Quliyevin səhhətində problem yaranıb
  • İlham Əliyevin Azərbaycandan və
  • “Bütün siyasi məhbuslar azad edilməlidir”
  • İlqar Məmmədov azadlıqda
  • Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan
  • Tərtərdə məcburi köçkünlər evlərin rüşvətlə
  • Hakimiyyət xalqı soymaq siyasətində israrlıdır
  • Hökumət növbəti soyğunçuluğa əl atdı
  • Tbilisidə ictimai nəqliyyatdan istifadə neçəyədir?
  • Əli Həsənovun nəvəsi azadlığa buraxıldı