Zəfər Quliyevin səhhətində problem yaranıb

Zəfər Quliyevin səhhətində problem yaranıb

Şərlənərək həbs olunan Zəfər Quliyevin səhhətində ciddi problem yaranıb. O hal-hazırda Binəqədi təcridxanasında saxanılır.

Ailəsindən verilən məlumata görə təcridxanada Zəfər Quliyevin səhhətində ciddi ağrılar baş qaldırıb və təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Ona ağrıkəsici iynələr vurub, bir müddət sakitləşdiriblər. Amma qısa müddətdən sonra yenidən ağrılar şiddətlənib. Ailəsi ona zəruri olan dərmanları çatdırıb.

Həyat yoldaşı Qənimət xanım deyir ki, böyrək problemindən əziyyət çəkən adam bol maye qəbul etməlidir, ancaq analoqsuz inkişaf edən ölkənin həbsxanalarında su da problemə çevrilib. Ailəsi bildirir ki, Zəfər Quliyevin başına bir iş gəlsə, bütün məsuliyyəti hakimiyyət daşıyacaq. Xatırladaq ki, Zəfər Quliyev siyasi məhbus Fuad Əhmədlinin atasıdır.

>
  • Antikorrupsiya fəalı döyülərək öldürülüb
  • Mitinqə razılıq verilmədi
  • Ali Məhkəmə F.Əhmədlini həbsdə saxladı
  • Azad Həsənov buraxılmadı
  • Fatimə Mövlamlı saxlanıb və buraxılıb
  • Aclıq etdiyini deyən iki məhbusun yeri
  • AXCP-nin 4 üzvündən xəbər yoxdur
  • Deputat Nizami Cəfərov: 'Mehman məsələsi də bir
  • Milli Şuranın mitinqinə razılıq verilib
  • Deputat 1500 manat maasla 30000 dollarliq masin