AXCP fəalı həbsxanada aclığa başlayıb

AXCP fəalı həbsxanada aclığa başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Ədilov saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsindən ailə üzvləri ilə telefonla danışaraq aclığa başladığını deyib. Bu barədə Murad Ədilovun qardaşı hazırda mühacirətdə olan Natiq Ədilov Facebook hesabında yazıb.

“10 saylı cəzaçəkmə müəssisəsində 5-ci ildir qanunsuz, ədalətsiz formada saxlanılan vicdan məhbusu, qardaşım Murad Ədilov sentyabrın 7-dən aclıq aksiyasına başlayıb. Bu haqda o telefonla məlumat verib. Murad bu addımı barəsində çıxarılan məhkəmə hökmü və qərarlarına etiraz olaraq atıb. O illərdir kobud formada pozulan hüquqlarının bərpasını tələb edir, eyni zamanda respublika ictimaiyyətinin, beynəlxalq aləmin siyasi məhbusların dözülməz vəziyyətiinə diqqət ayırmasını hədəfləyib. Siyası məhbuslara azadlıq!”, Natiq Ədilov yazıb.

Sentyabrın 5-də 10 saylı cəzaçəkmə müəssisəsində Bakının Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov Murad Ədilovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Hakim əsas kimi cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona töhmət verməsini göstərib. Töhmət isə siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerdən kənarda çəkilməsinə görə verilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Murad Ədilovun aclıq aksiyasına başlaması barədə məlumatın daxil olmadığını bildirib.

Murad Ədilov 2014-cü il avqustun 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir, həbsini əsasən qardaşının fəaliyyəti ilə bağlayır.

Qardaşı Natiq Ədilov “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı M.Ədilovu “vicdan məhbusu” elan edib.

>
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub
  • AXCP fəalı həbsxanada aclığa başlayıb
  • Gözəl Bayramlının məhkəməsi təxirə salınıb
  • Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn
  • Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə