Nazir çörəyin qiymətindən danışdı

Nazir çörəyin qiymətindən danışdı

«...Onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz».

«Report» xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayevçörəyin qiymətinin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Son günlər bəzi firmaların istehsal etdiyi çörəyin 5 qəpik bahalaşdığı bildirilir. Artıq son aylar unun bir kisəsinin də təqribən 3-4 manat bahalaşdığı müşahidə edilir. Bəzi ekspertlər bunun çörəyin də qiymətlərinə ciddi şəkildə təsir edəcəyini düşünürdülər.

Nazir isə əmin edib ki, süni qiymət artımına yol verilmir: «Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda bazar qiymətləri tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır. Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin hesablamalar aparılır».

Nazir əlavə edib ki, hazırda çörəyin qiymətində müəyyən edilmiş dəyişiklik gözlənilmir: «Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin».

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana