60 hektar taxıl zəmisində yanğın olub

60 hektar taxıl zəmisində yanğın olub

İyunun 12-si axşam saat 23 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində taxıl sahəsində yanğın baş verib.

Şamaxı Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, yanğın təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş taxıl zəmisini, 100 ha biçilmiş sahəni və 40 ha otlaq ərazini əhatə edib.

Şamaxı RİH-dən bildiriblər ki, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri və onlar yanğının digər ərazilərə yayılmamasından ötrü tədbirlər görüblər. «Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib, yanğının söndürülüb».

Məlumata görə, yanğının söndürülməsi 6 saata yaxın çəkib.

Şamaxı RİH bildirib ki, hazırda yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri ilə bağlı araşdırma gedir.

Göylər kəndi Şamaxı rayon mərkəzindən 17 kilometr aralıda yerləşir. Bu kənd rayonun Şamaxı şəhərindən sonra ən böyük yaşayış məntəqəsidir.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana