Kanada birdəfəlik plastik qabları yasaqlayır

Kanada birdəfəlik plastik qabları yasaqlayır

Kanada 2021-ci ildən birdəfəlik plastik çöpləri, torbaları qadağan edəcəyini bildirib. Baş nazir Justin Trudeau bunu dünya okeanlarını çirklənmədən qorumaqdan ötrü “qlobal çağırış” adlandırıb. Baş nazir Kanadanın istifadə etdiyi plastik məhsulların 10 faizindən də azını təkrar istifadəyə buraxdığını söyləyib.

“Səmimi desəm, bir ata kimi bunu övladlarıma izah etmək çətindir. Dünyada sahillərdə qarınları plastik torbalarla dolu ölü balinaları necə izah edəsən axı?” – o yazıb.

Qadağaya plastik torbalar, çöplər, çəngəl-bıçaq daxildir. Bu məhsullar dünyada dənizləri çirkləndirən plastik tullantıların əksəriyyətini təşkil edir.

Hökumət 2021-ci ilin son tarix kimi qoyulmasını şirkətlərə yeni qaydalara uyğunlaşmaqdan ötrü zaman vermək niyyətilə izah edir.

Ötən il G7 sammitində Kanada, Fransa, Almaniya, Britaniya, İtaliya və Avropa Birliyi dünya okeanlarında çirklənməyə qarşı xartiya imzalayıblar.

Birləşmiş Ştatlar və Yaponiya bu pakta qoşulmayıblar.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana