'Prezidentə yazırıq, cavab gəlmir'

'Prezidentə yazırıq, cavab gəlmir'

«Artıq 7 aydır ki, qardaşımla nə görüşə bilirəm, nə də telefonla danışıram. Qanunla ona verilən bu hüquqları aylardır ki, pozulur. Məhkəməyə şikayət edirik, baxmaqdan imtina edilir, dövlət orqanları ərizələrimizə baxmır. Bu üç ildə gördüm ki, məmurlar nə qədər qanunsuzluqlar eləyir...», – Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın sözləridir.

Sentyabrın 13-dən qardaşının yaxınlarıyla telefonla danışmaq və görüş hüququnun məhdudlaşdırıldığını deyən Ə.Hacıyeva buna görə 1 Saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyini məhkəməyə verib. Amma 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəyə baxmaqdan imtina edib. Bakı Apellyasiya Məhkəməsi də bugünlərdə o qərardadı qüvvədə saxlayıb.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana