Seymur Həzi azadlıqda

Seymur Həzi azadlıqda

AXCP sədrinin müavini Seymur Həzi 30 günlük həbs müddəti bitdiyi gün-noyabrın 16-da azadlığa çıxıb.

S.Həziyə əvvəlcə 15 günlük inzibatı həbs cəzası verilsə də oktyabrın 29-da onun həbs müddəti daha 15 gün artırılıb. .

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov cəzanın 30 günə qaldırılması qərarını Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun şikayəti əsasında verib. Beləki həmin şikayətdə Seymur Həziyə Xətai Rayon Məhkəməsinin təyin etdiyi cəzanın yüngül olduğu vurğulanıb.

Məhkəmədə idarəni Xətai rayon polis idarəsinin əməkdaşı, polkovnik leytenant Rəhman Kərimov müdafiə edib.

Seymur Həzi məhkəmədə deyib ki, saxlanması və sonra da inzibati həbs müddətinin uzadılması sırf onu Milli Şuranın həmin müddət ərzində planlaşdırılan aksiyalarından kənarda qoymaq olub.

Seymur Həzi: “Bütün bu prosesin məqsədi...”

“Bütün bu prosesin məqsədi Əli Kərimlini (AXCP sədri-red) tək qoymağa hesablanmışdı. Ancaq o plan onların öz əleyhinə işlədi”.

Bunu Azadlıq Radiosuna yenicə azadlığa çıxan Seymur Həzi deyib.

S.Həzi əlavə edib ki, Azərbaycanda inzibati cəza misli görünməmiş haldır, dövlət ittihamçısı olmadığı halda protestlə ittiham irəli sürüb, cəzasını artırıblar:

“ Apelyasiya Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsinin predmentinə çevrilib”.

Seymur Həzi sonra da deyib:

“Tamamilə qanunsuz, absurd, qərəzli, son dərəcə siyasi məqsədlərə hesablanmış və bu hakimiyyətin mərkəzindən gələn plan idi ”

Seymur Həzinin bu dediklərinə, hələlik, Xətai Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər hazırda Azərbaycanda məhkəmə-hüquq səhəsində islahatlar həyata keçirildiyini, heç kimin dinc siyasi fəaliyyəti və baxışlarına görə, təqib edilmədiyini vurğulayırlar.

Seymur Həzi məhkəmə proseində necə saxlanması haqqında danışarkən deyib ki, o, Əhmədlidə binanın həyətində dayandığı vaxt üç nəfər mülki geyimli onu tutub. Ardınca da Xətai rayonu, 34-cü polis bölməsində onun haqqında protokol tərtib ediblər. Orada yazılıb ki, Seymur Həzi telefonla yüksək səslə danışıb, nalayiq ifadələr deyirmiş, onu intizama dəvət edən polislərə də müqavimət göstərib. Bölmədə təxminən 4 saat saxlayandan sonra onu Xətai Rayon Məhkəməsinə aparıblar. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə 15 gün inzibati həbs qərarı çıxarılıb. Həmin qərardan verilən şikayətə isə oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

>
  • ‘Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə
  • Cəbhəçiyə 30 sutka verildiyi deyilir
  • Müsavat başqanının müavini: 'Polis bölməsində
  • Seymur Həzi azadlıqda
  • Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb
  • 'Bələdiyyə seçkilərində yalnız sədrlik postu
  • Milli Məclis büdcəni ilk oxunuşda qəbul edib
  • 20-dən çox müsavatçının polisə çağırıldığı deyilir
  • Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər
  • Milli Şura 2 noyabr mitinqini təxirə salıb