“AZAL”ın gəlirləri hara gedir?

“AZAL”ın gəlirləri hara gedir?

Jurnalist Cavanşir Həsənli facebook səhifəsində “AZAL” dövlət konserni ilə bağlı faktlar paylaşıb. Həmin məlumatları diqqətinizə çatdırırıq.

Dövlət başçısı deyir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı: “Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?”.

Biz çoxdan yazırıq hardadır. Hətta bir çoxlarının sənədlərini, fotolarını da yaymışıq.

✈ Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
✈ Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
✈ Tiflisdə bahalı “Veranda” restoranı;
✈ Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
✈ Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
✈ İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
✈ Nabranda 30 ha sahədə villa;
✈ Qala qəsəbəsində 265 ha badam bağı;
✈ “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
✈ Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
✈ SOROKA LIMITED (Londonda);
✈ Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
✈ Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
✈ Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
✈ Londonda “C3 – CIII LIMITED” şirkəti
✈ Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
✈ Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;
✈ Azərbaycanda “GAZELLİ GROUP”
✈ İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
✈ İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
✈ Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
✈ ASC HANDLING LIMITED (Londonda);
✈ AS582 LIMITED (Londonda);
✈ Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
✈ ICLEVERWEB LTD (Londonda);
✈ SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
✈ Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
✈SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);
✈ İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
✈ SEDITION LIMITED (London).

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa