Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin uğurları

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin uğurları

“Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə idmanın inkişafında, Bakıda və Respublikamızın digər bölgələrində müasir tipli idman mərkəzlərinin tikilməsində və istifadəyə verilməsində, beynəlxalq səviyyəli yarışların keçirilməsində və gənclərlə aparılan məqsədyönlü iş sahəsində Fuad Hacıyevin xüsusi əməyi var. Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.

Fuad müəllim bir qazaxlı kimi hər zaman el-obasının qeydinə qalan, ölkəsinə və dövlətinə sadiq vətənpərvər insandır!

Fuad Hacıyev 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnistitutunu fərqlənmə diplomu ilə bitirmiş və “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə ali siyasi təhsil almışdır – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisasına yiyələnmişdir.

Təhsil aldıqdan sonra istehsalatda mühəndis texnoloq işləmiş, Azərbaycan Komsomol Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.

Redaksiyamızın adəndan Fuad Hacıyevə işlərində uğurlar arzu edərək, ona can sağlığı, uzun ömür diləyirik.

>
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
  • 16 – sailı hövsan polinlikakasında görülməz
  • Masallı rayon Yol İstismar İdarəsinin uğurları
  • Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa
  • Qəbələ rayon icra başçısı Səbuhi Abdullayevin
  • Necə deyərlər, qorxunun əcələ faydası yoxdur
  • Fuad Qəhrəmanlının həyatı təhlükədədir
  • “AZAL”ın gəlirləri hara gedir?
  • Ağsuda şəhidə hörmətsizlik: Məzarın üzərindəki
  • Sürücülərin pulunu kim yeyir – BNA yoxsa