Yardımlı rayon Təhsili və ya Manaf Səmədzadə biznesi?

Yardımlı rayon Təhsili  və ya Manaf Səmədzadə biznesi?

Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadəninəlindən Yardımlı sakinləri fəryad edir.
Redaksiyamıza gələn şikayətlərin ardı-arası kəsilmir. Hətta cana doyan vətəndaşlar Yardımlıdan kilometrajlarla yol qət edib redaksiyamıza üz tuturlar.
Manaf Səmədzadə haqqında verilən məlumatlar isə 
bizə belə şok yaşatdı.
Manaf Səmədzadə haqqında bundan əvvəllərdə vətəndaşların müraciətləri müxtəlif saytlarda 
çox 
işıqlandırılıb.
Manaf Səlim oğlu Səmədzadə Yardımlı rayon Təhsil Şöbəsinə müdir təyin olunandan Yardımlıda təhsilin səviyyəsi 
ən aşağı həddə düşüb.
Hətta rayonda təmirə ehtiyacı olan məktəblərin təmiri üçün ayrılan vəsaitlər belə Yardımlıda təhsil üzərində Biznes İmperiyası quran Manaf Səmədzadə tərəfindən mənimsənilir. Görün bu şəxs hansı yollara əl atır.
Təmirə ehtiyacı olan bir məktəbin təmiri üçün dövlət pul vəsaiti ayırır. Bütün sənədləşmələrdə həmin məktəblərin təmir olunduğu göstərilir. Lakin məktəblərə baxış keçirilsə, aydın şəkildə görünər ki, həmin məktəblərin dam örtükləri, döşəmələri və sair elə köhnədir. Yəni məktəblərdə heç bir təmir işləri aparılmayıb.
Məktəblər üçün verilən texniki ləvazimatlar belə təyinatı üzrə paylanmır. Təhsil Şöbəsinin müdiri yenilərin əvəzində köhnə texniki vasitələri həmin məktəblərə paylamaqla missiyasını yerinə yetirmiş hesab edir. Hətta məktəblərdə elə bir vəziyyət yaradılıb ki, dərs saatları belə satılır.
Bəzi məktəblərə Manaf Səlimzadə şəxsən direktor təyinatını müqavilə əsasında həyata keçirir.

Təhsil Nazirliyinin diqqətinə çatdırırıq ki, özləri Yardımlı Təhsil Şöbəsində ciddi araşdırmalaraparsınlar. 
Bildiyimiz kimi, ölkə başçısının başladığı korrupsiyaya qarşı ciddi mübarizə öz bəhrəsini verməkdədir. Təəssüf edirik ki, bəzi məmurlara hələ də bu mübarizənin ciddiliyi çatmır və qanunsuz əməllərinə əzmlə davam edirlər.
biznesin qolları barədə ətraflı məlumatlar əldə edəcəksiniz.

Qarşı tərəfidə dinləməyə hazırıq.

Ardı var.

>
  • Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə
  • Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram
  • Şəhid ailəsindən evinin damının vurmasına görə
  • Şahmar Hüseynov ölkənin zəhmətkeş övladı...
  • Kərəm Həsənov üçün “əcəl zəngi” – Onun təqdimatı
  • Gənclər şəhərciyində yerləşən apteklərbiabırçı
  • Bu qədər varidatı olsa da, Vətən Savaşına
  • Yardımlı rayon Təhsili və ya Manaf Səmədzadə
  • Yardımlı təhsilinin İman Sadiyev dərdi
  • Şəhid ailəsini ərə vermək istəyən İcra