Zaqatla Suvarma Sisteçləri İdarəsinin rəisi Fikrət Müsənnif oğlu Şərifovun inanılmaz sərvətinin qaynağı...

Zaqatla Suvarma Sisteçləri İdarəsinin  rəisi Fikrət Müsənnif oğlu Şərifovun inanılmaz sərvətinin qaynağı...

Zaqatala Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanlar mövcuddur. Idarənin rəisi Fikrət Şərifovun fəaliyyətində ciddi qanun pozuntularına yol verir.

Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, Suvarma Sistemləri İdarəsinin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.

Həmçinin idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Zaqatala rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Fikrət Şərifovun üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq. Özünü illərlə 
Meliorasiya və Su təsərrüfatı ASC-nin kecmiş sədri Ə.Əhmədzadənin yaxın adamı kimi qələmə verən Fikrət Şərifovun da məhz belə məmurlardandır. Zaqatala rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Fikrət Şərifov Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin yeni sədrini də aldadır.

Belə ki Fikrət Şərifov dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayrdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.

Fikrət Şərifov sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən 
su nasoslarının təmiri üçün 1000 - 2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ fantastik rəqəmlərlə şişirdilir ki, bu pulla bir neçə yeni su nasosu almaq mümükündür.Təkcə keçən il dövlət büdcəsindən rayondakı sukanalların təmizlənməsi ücün ayrılan on min manatlarla pul sadəcə silinib, amma su kanallarında son 10 il müddətində heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir iş görülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə satdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Fikrət Şərifovun şəxsi kassasında yoxa çıxır. Su kəndlilərə dövlət qiymətindən üç dəfə baha qiymətə satılır. Pul əvvəlcədən nağd olaraq alınır, bir çox hallarda kəndlərə yetəri qədər su verilmir. Qəribədir ki, suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. İdarə işçiləri açıq şəkildə əhaliyə bildirirlər ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan pulları Fikrət Şərifov mənimsəyir. Zaqatala rayonunun vəzifəli və varlı şəxslərinə su ilk başda verilir. Ona görə də kasıb əhalinin əkin sahələri bütün yay ayları boyunca sudan korluq çəkir. Bu zaman kasıb əhalinin tək dolanışıq yerinin həmin əkin səhələri olduğunu heç kim vecinə belə almır.

Fikrət Şərifov adı işdə olub özləri isə heç idarənin yolunu belə tanımayan “ölü canlar əməliyyatı”ndan da səmərəli istifadəedir.

>
  • Vətəndaş və İnkişaf Partiyasının sədr müavini
  • Qarabağ döyüşçüsünün prezidentə müraciəti.
  • Elcin Mirzağa oğlu Mirzəzadə kimi gənclərimiz,
  • Bakıda aksiya. Tofiq Yaqubunun döyüldüyü deyilir,
  • Prokurorluq: Helikopterin qəzaya uğramasında
  • Zakir Sultanova 12 il həbs istənildi
  • Bakı Bisnes Universitetinin Dekanı Şahin Tofiq
  • Azərbaycanın müdafiə sistemində korrupsiya riski
  • Gənc müqənni Xeyyam Hesenoglunun yeni mahnısı -
  • “Masallıda Bələdiyyə sədri Əhliman Əliyev
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.