“Elektrikli avtomobil inqilabı nefti 10 dollara salacaq”

“Elektrikli avtomobil inqilabı nefti 10 dollara salacaq”

“Longview Economics”in İcraçı direktoru Chris Watling-ə görə, gələcək 6 – 8 il ərzində alternativ enerji mənbələrinin investorları cəlb etməsilə, neftin qiymətləri daha da düşəcəkdir.  
“Marja” xəbər verir ki, Watling, Səudiyyə Ərəbistanının enerji şirkəti “Saudi Aramco”nun 2018-in 2-ci yarısında birjaya çıxmasının (səhmlərinin 10%-i investorlara satılacaq) neft qiymətləri üçün əsas katalizator olacağını qeyd edib. Ekspert, “Neft 10 dollara qədər enmədən əllərini tez tutmalıdırlar” – deyib.

Neftin nəqliyyat sektorundakı payının 70%-ə yaxın olduğunu bildirən Watling, bu mənada elektrikli vasitələrin uzun müddət təsirlərinin kritik əhəmiyyətdə olduğunu vurğulayıb.

Watling gələcək bir neçə ayda neftin qiymətlərində kəskin azalma gözləmədiyini, gələcək 6 – 8 ildə isə neftin barrel qiymətinin 10 dollara düşəcəyini proqnozlaşdırıb.
Bu gün Brent neftin barrel qiyməti 57.40 dollardan, ABŞ xam neft isə 51.50 dollardan ticarət olunur.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt
  • Vəkil Əfqan Muxtarlı ilə görüşüb