Sənayedə geriləmə 5.3 faiz olub

Sənayedə geriləmə 5.3 faiz olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 50 milyard 67,3 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü iləmüqayisədə 0,6% azdır.

Xatırladaq ki, 2017-ci ilin yanvar-avqust aylarının yekununda iqtisadiyyatdakı geriləmə 1,1% təşkil etmişdi. Başqa sözlə, ölkədə iqtisadi geriləmə zəifləyib.

Hesabat dövründə əhalinin adambaşına düşən ÜDM-in həcmi isə 1,6% azalaraq 5 149,4 manat təşkil edib.

ÜDM-in 62,57%-i və yaxud 31 milyard 327,2 milyon manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu, illik müqayisədə 2,5% çoxdur.

ÜDM-in strukturunda sənayenin payı 56,58% və yaxud 28 milyard 329,4 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,3% azdır. Yanvar-sentyabr aylarında ölkədə 6 milyard 704,2 milyon manatlıq qeyri-sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,1% çoxdur.


>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt
  • Vəkil Əfqan Muxtarlı ilə görüşüb