İlahiyyatçı karsa salınıb?

İlahiyyatçı karsa salınıb?

"Milli-Mənəvi Dəyərlər" ictimai birliyinin rəhbəri, həbsdə olan ilahiyyatçı Abgül Süleymanovun saxlanma yerinin dəyişdirildiyi və onun cəzalandırıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, mayın 20-də onu saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsindən çıxarıb, 10 saylı cəzaçəkmə müəssisəsinə aparıblar.

"Ora çatan kimi onu "karsa" salıblar. 10 saylı cəzaçəkmə müəssisəsinə bir müddət əvvəl yeni rəis gəlib - Fikrət Qafarov. O, əvvəl Qobustan həbsxanasının rəisi olub, məhbuslara işgəncə verilməsində adı tez-tez hallanırdı. Qəfildən məhz onun rəhbərlik etdiyi müəssisəyə köçürülməsi və dərhal da cəzalandırılması bizdə narahatlıq yaradıb", – A.Süleymanovun yaxınları belə deyir.

Penitensiar Xidmətdən isə ilahiyyatçının saxlanma yerinin hansı səbəbdən dəyişdirilməsi məsələsinə konkret cavab verilməsə də, onun cəzalandırılması barədə iddia təkzib olunub.

"Qanuna uyğun olaraq, biz məhkumların yerdəyişməsi barədə məsələləri açıqlamırıq. Onun cərimə təcridxanasına salınmasına gəlincə, belə deyil. Müəssisəyə yeni daxil olan istənilən məhkum karantində saxlanılır. 14 günə qədər davam edən karantin müddətində həmin şəxsin müəssisədəki məhkumlarla ədavətinin olub-olmaması aydınlaşdırılır, səhhəti yoxlanılır, onunla profilaktik söhbət aparılır, hüquq və vəzifələri izah olunur", – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na belə deyib.

Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib. İlahiyyatçı ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanları itaətsizliyə təhrik etməkdə suçlanıb. İddia olunur ki, Abgül Süleymanov saxlanılarkən üzərindən 23,7 qram narkotik götürülüb, mənzilindən silah-sursat tapılıb.

Lakin o, özünü təqsirli bilmir, ittihamların böhtan olduğunu deyir.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana