Respublika Perinetal Mərkəzində ŞOK HADİSƏ - Əməliyyat olunan hamilə qadına səhv qan vurdular

Respublika Perinetal Mərkəzində ŞOK HADİSƏ - Əməliyyat olunan hamilə qadına səhv qan vurdular

Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan  hamilə qadına ciddi problem yaşadıblar.

 

Belə ki, xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin sağlamlıq durumu çox pis vəziyyətə gətirilib və sonra ona yardım edilməyib. 

S.Məmmədlinin atası  Məhəbbət Məmmədov Modern.az-a müraciət edərək, aidiyyatı qurumlardan kömək istəyib.

 

O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində keysəriyyə əməliyyatı olunub.

 

“Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim ki, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Deməli, onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona - II RH rezuslu qan vurublar. 

Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülüm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medicial Plaza klinikasına köçürdük”. 

 

Məhəbbət Məmmədov deyir ki, Baku Medicial Plazada daha pis duruma düşüblər.

 

“İyunun 9-dan qızım Baku Medicial Plaza-da müalicə olunur. Respublika Perinetal Mərkəzi Baku Medicial Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, “bizim vəsaitimiz yoxdur, ödəmirik”. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb.  Respublika Perinetal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Qızım hazırda Baku Medicial Plaza-da müəlicə olunur. O biri xəstəxanadan mənə kömək etmirlər. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma görə mənə maddi kömək etsinlər”. 

 

 

 

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt