Azərbaycanda yeni xəstəlik təhlükəsi

Azərbaycanda yeni xəstəlik təhlükəsi

Səhiyyə naziri Oqtay Şirəliyev “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

 

Nazirliyin mətbuat xidmətindən Hurriyyet.info-ya verilən məlumata görə, əmrdə bildirilib ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

 

Bununla əlaqədar Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılsın, şübhəli xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumat Respublika Taun Əleyhinə Stansiyasına verilsin, şübhəli xəstələrdən götürülmüş nümunələr oraya çatdırılsın.

 

Əmrə əsasən, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi tapşırılıb.

 

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisinə Kliniki Tibbi Mərkəzin yoluxucu şöbəsində və 1 nömrəli Uşaq yoluxucu xəstəliklər xəstəxanasında Krım-Konqo hemorragik qızdırma xəstəliyinə şübhəli xəstələrin hospitallaşdırılmasını təmin etmək tapşırılıb.

 

Əmrdə qeyd olunub ki, Respublika Sanitariya – Karantin Müfəttişliyi sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi üçün tədbirlər görsün.

 

Eyni zamanda, İnnovasiya və Təchizat Mərkəzi tərəfindən Krım-Konqo hemorragik qızdırma xəstəliyinin laborator diaqnostikası, profilaktikası və müalicəsi üçün tələb olunan preparatların ehtiyatı yaradılmalıdır.

>
  • Antikorrupsiya fəalı döyülərək öldürülüb
  • Mitinqə razılıq verilmədi
  • Ali Məhkəmə F.Əhmədlini həbsdə saxladı
  • Azad Həsənov buraxılmadı
  • Fatimə Mövlamlı saxlanıb və buraxılıb
  • Aclıq etdiyini deyən iki məhbusun yeri
  • AXCP-nin 4 üzvündən xəbər yoxdur
  • Deputat Nizami Cəfərov: 'Mehman məsələsi də bir
  • Milli Şuranın mitinqinə razılıq verilib
  • Deputat 1500 manat maasla 30000 dollarliq masin