Ağdaşda azyaşlının ölümünün ilkin səbəbi məlum olub - CƏRRAH HƏKİM DANIŞDI

Ağdaşda azyaşlının ölümünün ilkin səbəbi məlum olub - CƏRRAH HƏKİM DANIŞDI

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümünün ilkin səbəbi məlum olub.

 

Xəstəxananın cərrah həkimi İdris Əliyev APA-ya deyib ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ qolunun said sümüyünün sınığı diaqnozu ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına gətirilib. Uşağın qolu 28 gün əvvəl sınıb, valideynləri bununla bağlı həkimə müraciət etməyib, travmatoloji yardım almayıb. Onun qolu ara həkimin köməyi ilə səhv müalicə olunub.

 

“Qolun ağrıdığı üçün valideynləri onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirərək rentgen müayinəsindən keçiriblər və xəstənin qolunda cərrahiyyə əməliyyatının aparılması məsləhət görülüb. İyulun 10-da xəstəxanaya daxil olan uşağın əməliyyata hazırlanması prosesi başlayıb, bir neçə sahə üzrə müayinələr aparılıb və narkoz vurulub. Saat 16:00-da cərrahiyyə əməliyyatı başlanmalı olduğu halda icra edilə bilməyib. Həmin vaxt uşağın halı pisləşib və ürəkdayanması baş verib. Bir saat yarım bütün reanimasion tədbirlər görülməsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisə cərrahiyyə blokunda baş verib, lakin uşaq cərrah həkimin əməliyyata başlamasından öncə, yəni ümumi keyitmə zamanı dünyasını dəyişib”.

 

İdris Əliyevin sözlərinə görə, ölümə keyitmə zamanı istifadə olunan hansısa preparat səbəb olub və bunu ekspertiza müəyyənləşdirəcək.

 

“Narkoz prosesində primidikasiya olunduqdan sonra müxtəlif preparatların silsilə şəkildə bədənə yeridilməsi işləri görülüb. Həmin preparatların hansısa biri bronxospazm, ürək dayanması, anaflaktik şok hallarına səbəb ola bilər. Bu hadisə prosedur qaydada narkozun fəsadı kimi qeydə alınıb. Narkoz insanın həyatına son qoya bilər. Bu hadisədə cərrah həkim kimi məni günahlandırmaq düzgün deyil. Xəstə ümumi keyitmə prosesində dünyasını dəyişib və ona cərrahiyyə əməliyyatı tətbiq etmək mümkün olmayıb” – deyə, o əlavə edib.

 

Uşağa narkoz vermiş həkim Nizaməddin Məsimov hadisədən sarsıldığı üçün açıqlama verə bilməyəcəyini deyib.

 

Qeyd edək ki, Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt
  • Vəkil Əfqan Muxtarlı ilə görüşüb