Psixiatriya xəstəxanasına yerləşdirilmiş AXCP fəalı aclığı dayanadırıb

Psixiatriya xəstəxanasına yerləşdirilmiş AXCP fəalı aclığı dayanadırıb

AXCP fəalı Fizuli Hüseynov AXCP sədri Əli Kərimlinin xahişi ilə oktyabrın 14-də günorta saatlarında quru aclığı dayandırıb.

Bu barədə vəkil Əsabəli Mustafayev bu gün psixiatriya xəstəxanasında Fizuli Hüseynovla görüşündən sonra Amerikanın Səsinə bildirib.

“Onun psixiatriya xəstəxanasına göndərilməsinin səbəbi quru aclıq etməsi olub. Hüseynov bir neçə gün su və yemək qəbul etməyib. Təcridxanada qorxublar ki, səhhətində problemlər yarana bilər. Bir növ məsuliyyətdən yayınmaq üçün onu xəstəxanaya göndəriblər”, vəkil qeyd edib.

Ə.Mustafayev Hüseynovun xəstəxanada ciddi müayinədən keçirildiyini və hər hansı xəstəliyin müəyyən edilmədiyini bildirib.

“Hazırda onun səndələrini hazırlayırlar. Yenidən təcridxanaya qaytaracaqlar”.

Vəkilin sözlərinə görə, aclıq aksiyası fəalın səhhətinə ciddi təsirsiz ötüşməyib.

“O taqətdən düşüb, ayaq üstə güclə dayanır. Lakin, bu saatlarda artıq qida və su qəbul etdi”, Mustafayev qeyd edib.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır