Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

Britaniyalı musiqiçi Elton Con virusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilib.
NBC xəbər verir ki, xəstəliyin dəqiq adı açıqlanmır, lakin qeyd olunur ki, musiqiçi Cənubi Amerika turnesi zamanı yoluxduğu “nadir virus infeksiyası” ilə xəstəxanaya düşüb.
Bildirilir ki, müğənni iki gün reanimasiyada qalıb, daha sonra həkimlərin müşahidəsi altında olub, hazırda isə sağalmağa doğru gedir.
Həmçinin qeyd olunur ki, britaniyalı rok ifaçısı xəstəlik səbəbindən ABŞ-da bir sıra konsertlərini təxirə salıb.
Martın 25-də Elton Conun 70 yaşı tamam olub.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt