Azərbaycan “Eurovision” finalına çıxıb

Azərbaycan “Eurovision” finalına çıxıb

Azərbaycan və Ermənistan iştirakçıları Ukraynanın paytaxtı Kiyevdə baş tutan Eurovision Mahnı Müsabiqəsinin finalında yarışacaqlar.

Azərbaycanı bu yarışda “Skeletons” mahnısı ilə Dihaj, Ermənistanı isə “Fly With Me” mahnısı ilə Artsvik adlı ifaçı təmsil edir.

Çərşənbə axşamı baş tutan müsabiqənin ilk yarımfinalında həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan iştirakçıları çıxış edib. Gürcüstan finala keçə bilməyib.

Birinci yarımfinalda finala keçmək üçün 18 ölkə mübarizə aparıb.

Şoudan sonra keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisinin mayın 13-də baş tutacaq finalda birinci hissədə çıxış edəcəyi məlum olub.
Finala Azərbaycan və Ermənistandan başqa Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika vəsiqə qazanıb.
Gürcüstan, Albaniya, Çernoqoriya, Finlandiya, İslandiya, Çexiya, Sloveniya, Latviya finala keçə bilməyib.
Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq 42 ölkə iştirakçısının yarışacağı Eurovision Mahnı Müsabiqəsində ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də baş tutacaq.
Ukrayna Rusiyanın Eurovision Mahnı Müsabiqəsində təmsilçisi Yuliya Samoilovaya Rusiyanın ilhaq etdiyi Krıma getdiyi üçün viza verməkdən imtina etdiyinə görə, Rusiya bu yarışmada iştirak etməyib.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər