“SOCAR rəsmisi bizi qızımın şəkillərini yaymaqla şantaj edir”

“SOCAR rəsmisi bizi qızımın şəkillərini yaymaqla şantaj edir”

Sara Nəsibzadə: “SOCAR-dakı vəzifəsindən istifadə edib, oğlunu cəzadan yayndırır”

“Qızımı zorla maşına basıb, telefonunu əlindən alıb, Badamdar qəsəbəsindəki villarına aparıb. Orada 4-5 saat ərzində onu döyüb, işgəncə verib. İndi də ata-anası öz vəzifələrindən sui-istifadə eləyib, onun cəzalandırılmasına imkan vermirlər, istintaqa təzyiq göstərirlər”, – bunu deyən paytaxt sakini Sara Nəsibzadədir.
Onun 19 yaşlı qızının oğurlanıb zorakılığa məruz qalması ilə bağlı şikayət hazırda Səbail Rayon Prokurorluğunda araşdırılır. Gənc qızın üzərindəki xəsarətlərlə bağlı ekspertiza keçirilib, amma hələlik ekspertin rəyi məlum deyil.
Ananın iddiasına görə, qızına qarşı zorakılıq edən 23 yaşlı Fərid Cəfərlidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Sara Nəsibzadə Fərid Cəfərlinin özü qədər onun validenlərindən də narazıdır. Deyir ki, o, valideynlərinə, onların vəzifəsinə güvənib istədiyi özbaşınalığı edir. Valideynlərinin də sayəsində cəzasız qalır. Şikayətçi hesab edir ki, martın 2-də qızının oğurlanıb zorakılığa məruz qalmasından sonra da Fərid Cəfərlinin cəzalandırılmaması valideynlərinin müdaxiləsinin nəticəsidir.
Qeyd edək ki, Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktorudur. Atası Ramil Cəfərov isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin auditorudur.
“Fərid Cəfərli özü də deyib ki, hara istəyirlər, şikayət eləsinlər”, – deyə Sara Nəsibzadə bildirib.

“Qızımı oğurlayıb villalarına aparıb, 4-5 saat ərzində ona işgəncə verib”

Şikayətçi xanımın sözlərinə görə, bir müddət əvvəl qızı Fərid Cəfərliyə görə intihara cəh edib, həkimlərin sayəsində onun həyatını xilas etmək mümkün olub. Bütün bunlar haqqında o, mediaya ünvanladığı şikayət məktubunda ətraflı yazıb: “Qızımla Fərid Cəfərli 2015-ci ilin sentyabrından tanışdılar. Onu görəndə anladım ki, bizlik deyil. 2015-ci ilin dekabrında bizə gəlmişdi, içkili idi. Dedim ki, get, valideynlərin gəlsin. Dəfələrlə ailəmizi, qızımı güdürdü. Ona görə də qızımı özüm aparıb-gətirirdim. 2016-cı il iyunun 24-də gecə saat 10-da evimizə basqın elədi. Qızımın otağında onu boğub öldürmək istəyirdi. Məni də itələdi, təpiklə vurdu. Azyaşlı oğlum qorxusundan stolun altına girmişdi. Qızımın telefonunu da götürüb getdi. Həmin gecə anasına zəng elədim, olanları danışdım. Təxminən iki saat sonra atası gəldi, heç bir reaksiya vermədi. Sanki heç nə olmayıbmış. Ertəsi gün qızım intihara cəhd elədi, özünü zəhərləmişdi. Təcili Tibbi Yardım vasitəsilə tez xəstəxanaya çatdırdıq, həkimlərin sayəsində xilas etmək mümkün oldu. Orada da anasına zəng elədim. Özlərinə əziyyət verib xəstəxanaya da gəlmədilər. Sonradan valideynləri evə gəldilər. Sən demə, gəlişlərinin məqsədi bizi şantağ eləmək imiş. Atası şantaş elədi ki, əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam. Qızım bu şantaj qarşısında geri çəkildi, ərizəni geri götürdü”.
Sara Nəsibzadənin sözlərinə görə, bu hadisədən 6-7 ay sonra – 2017-ci il martın 2-də Fərid Cəfərli qızını zərla maşına basıb aparıb, ona işgəncə verib: “4-5 saat ərzində qızıma elə işgəncələr verib… Onu vəhşicəsinə döyüb. Bunu təsdiqləyən şəkilləri polisə də təqdim eləmişik. Biz hadisə ilə əlaqədar ərazi üzrə 41-ci polis bölməsinə müraciət elədik, oradan iş materialları istintaqa verildi. Hazırda iş Səbail Rayon Prokurorluğundadır. Üç həftədən çoxdur ki, ekspertiza keçirilib, hələ nəticəsi məlum deyil. Mənim ən çox narahat edən isə valideynlərinin bu dəfə də vəzifələrindən sui-istifadə edib, qızıma qarşı cinayəti ört-basdır etmələridir”.
Səbail Rayon Prokurorluğundan bildirilib ki, ekspertizanın rəyini gözləyirlər.

SOCAR rəsmisi qızın ailəsi ilə yanaşı, medianı da hədələyir

Sara Nəsibzadənin şikayət məktubunda göstərdiyi iddialarla əlaqədar Ramil Cəfərovla əlaqə saxladıq. Ramil Cəfərov araşdırmaların gedişinə müdaxilə etməsi, oğlunu cəzadan yayındırmaq cəhdlərinə dair iddialarla bağlı suala belə cavab verdi: “Siz prokurorluqdan soruşun görək, biz istintaqın işinə müdaxilə edirik, yoxsa yox”.
Ramil Cəfərovla danışıq zamanı o da məlum oldu ki, Sara Nəsibzadə olarlarla əlaqədar SOCAR rəhbərliyinə də məktub göndərib: “SOCAR-a yazdığı məktubu mənə göstərdilər, bildim ki, orada nə yazıb. Mən nə bilim ki, sizə məktubunda nə yazıb, zəng eləmisiz mənə…”
Ramil Cəfərov şikayətçinin məktubunu araşdırdığına görə medianı hədələməyi də özünə borc bilib: “Ümumiyyətlə, siz niyə müdaxilə edirsiz? Sizin bunu yazmağınız istintaqa müdaxilədir. Cinayət tərkibi yaradır. Sizinlə bağlı araşdırma apararam, lazımi tədbir görülər”.
Ramil Cəfərov bilmir ki, problemi, o cümlədən oxucu məktublarını araşdırmaq medianın birbaşa vəzifəsidir.

 

>
  • Hüquqi qəbristanlıqdan qalxan üfunət iyi..
  • Paytaxtda uçub-sökülən məktəb binası
  • Rejimdən Azərbaycan gəncliyinə göz dağı
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir!!!Dəhşət
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Azərbaycan korrupsionerlərinin ifşası ilə bağlı
  • Ağdamın icra başçısı dələduzluğa görə istintaqda