Hakimiyyət üçün bir məmurun qardaşı 43 min insandan daha vacibdir

Hakimiyyət üçün bir məmurun qardaşı 43 min insandan daha vacibdir

AXCP sədri Əli Kərimli təkcə bir bankla bağlı bir məlumata əsaslanaraq, hakimiyyətin nə qədər anti-xalq siyasət yürütdüyünü növbəti dəfə ifşa edib. Ə.Kərimlinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:

“Tərəzinin bir gözündə orta ranqlı bir məmurun bir qardaşı, o biri gözündə 43 min nəfər sadə vətəndaş. Sizcə hakimiyyət üçün tərəzinin hansı gözü daha daha ağır gələr? Normal insan məntiqinə nə qədər zidd olsa da, Azərbaycandakı rejimi tanıdığınızdan sualın cavabını artıq bilirsiniz. Təəssüf ki, ortabab bir məmur qardaşı 43 min vətəndaşdan bizim ölkəmizdə dövlət üçün daha vacibdir. Fakt istəyirsiniz? Buyurun. Bank Standart bağlanandan sonra 43 min nəfərə yaxın insanın 157 milyon manat əmanəti batıb. Adamlar pulunu ala bilmir. Təkcə bir nəfərin – Neft Fondunun icraçı direktorunun qardaşı Şahin Mövsümovun isə banka 100 milyon manat borcu var (mənbə). İndi dövlət təkcə bir nəfərə verilmiş 100 milyon manat krediti geri alsa, bankın 43 min nəfərə olan borcunun 64 faizi ödənilər. Amma təbii ki, almayacaqlar, əmanətləri də ödəməyəcəklər. Digər banklardakı əmanətlər də bu mexanizmlə batırıldı. Ancaq vaxtilə ölkənin ikinci bankı olmuş Bank Standart-dakı cinayətlər bununla bitmir.

Təsəvvür edə bilirsiniz ki, bir bank 430 milyon manat girovsuz kredit versin? 430 milyonu qoyun bir kənara, hansı bankdan 10-20 min manat girovsuz kredit ala bilərsiniz? Təbii ki, ala bilməzsiniz, həmin 430 milyon da girovsuz verilib ki, mənimsənilsin. O krediti alanlar sadə vətəndaşlar deyil, özləri, öz ətraflarıdır. Bəs 300 milyon manatın sıfır faizlə – faizsiz verilməsini necə, təsəvvür edirsiniz? Pul özlәrinin olsaydı, imkan verərdilər belə dəətli cinayətə? İmkan veriblər, ona görə ki, pul 43 min nəfəəmanətçinin, sıravi azərbaycanlının olub. Faizsiz kreditləri isə yenə dəözlərinə, öz ətraflarına veriblər. Eynən Beynəlxalq Bankda olduğu kimi.

Etiraf edim ki, bu hadisə məni çox məyus etdi. Əvvəla, bu qədər soydaşımızın əziyyətlə qazandığı əmanətlərin batmasına görə məyus oldum. Görün təkcə bir bankdakı dələduzluq nə qədər ailəyə hansı əzabları çəkdirəcək, nə qədər arzular reallaşmayacaq, nə qədər insanın həyatı puç ediləcək. İkincisi, hər zaman düşünürdüm ki, dövləəmlakının, ümumxalq sərvətinin talan edilməsinə kifayət qədər dözümlü yanaşan soyadaşlarım şəxsi əmlaklarının talan edilməsilə heç vaxt barışmaz (Səbəblərini izah etmək bu yazının yeri deyil, ancaq tarixən elə formalaşıb ki, orta statistik azərbaycanlı dövlətə məxsus olanı özününkü saymır). İndi ona təəssüf edirəm ki, təkcə bir bankda 43 min nəfər, bütövlükdə ölkə üzrə isə 100 minlərlə əmanəti batan, mənimsənilən, dələduzluqla əlindən alınan soydaşımız hətta öz halal pullarını geri almaq uğrunda belə ardıcıl mübarizə aparmır.

Əziz həmvətənlər, halal haqqınızı dələduzlara yedizdirməyin, özünüzə, ailənizəməxsus pullar uğrunda mübarizə aparın! Əlbəttə, hökumətin probleminizə diqqətini cəlb etməyin ən yaxşı yolu keçirdiyi və keçirəcəyi aksiyalara dəstək verməklə, müxalifətin güclənməsinə yardımçı olmaq olar. Ölkədə yalnız müxalifət, etiraz hərəkatı yetərincə gücləndikdən sonra hökumət xalqın problemlərini xatırlayacaq, onları həll etməyə cəhdlər edəcək. Ona görə də unutmayaq ki, ölkə müxalifətinin güclənməsi təkcə ölkənin qarşısındakı böyük problemlərin həlli üçün deyil, həm də hər birimizin bu ölkədə normal insan kimi sayılmağımız, harayımızın, səsimizin eşidilməsi üçün zəruridir.”

>
  • Hüquqi qəbristanlıqdan qalxan üfunət iyi..
  • Paytaxtda uçub-sökülən məktəb binası
  • Rejimdən Azərbaycan gəncliyinə göz dağı
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir!!!Dəhşət
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Azərbaycan korrupsionerlərinin ifşası ilə bağlı
  • Ağdamın icra başçısı dələduzluğa görə istintaqda