Belə ləyaqətsiz üsullar xalqda hakimiyyətə ikrah yaradır

Belə ləyaqətsiz üsullar xalqda hakimiyyətə ikrah yaradır

Gənc cəbhəçi Türkel Azərtürkü rejimləapardığı mübarizədən tanıyırsınız. Türkel bəy Azərbaycanda yaşayarkən AXCP Gənclər Komitəsinin ən fəal üzvlərindən biri idi. Siyasi fəaliyyətinəgörə 5-6 dəfə inzibati qaydada həbs edilmiş, hətta həbs zamanı işgəncələrədə məruz qalmışdı. Türkel bəyi susdura bilməyən rejim onun ailəsini də bütövlükdə hədəf seçdi. Çoxsaylı və müxtəlif təzyiqlərdən sonra Türkel bəy ölkəni tərk etməli oldu. Bir neçə ildir ki, Hollandiyada mühacir həyatı yaşayır. Türkel bəy ölkəni tərk etsə də, mübarizəni tərk etmədi. Qənimət Zahidin qurucusu olduğu Turan TV-də“Xəbər var” proqramı vasitəsilə rejimin ifşasını davam etdirdi. Qısa zamanda Türkel Azərtürkün proqramı ciddi auditoriya qazandı. İndi ölkədə 100 minlərlə insan Türkel bəyin xəbər və şərhlərinin tamaşaçısıdır. Türkel bəyə əli çatmadığından rejim onun cibinə narkotik atıb, cəzalandıra bilmir. Tipik orta əsr təfəkkürü ilə burada yaşayan bacanağını şərləyərək, girov götürüb. Türkel bəyin bacanağı Emin Şağıyevi saxta narkotik ittihamı ilə həbs ediblər.

 

Bu həbs Türkel bəyə təzyiq üçün, onu susdurmaq məqsədilə həyata keçirilib. Bundan əvvəl “Azadlıq” qəzetinin baş redaktoru və Turan TV-nin rәhbәri Qənimət Zahidin, Meydan TV-nin rəhbəri Emin Millinin yaxın qohumları, AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilovun və yazar Günel Mövludun qardaşları, onların hamısından əvvəl – 6 il öncə mənim qaynım Elnur Seyidov rejim tərəfindən siyasi təzyiq vasitəsi kimi girov götürülmüşdü. Azərbaycandakı sülalə hakimiyyətinin ölkəmizə gətirdiyi ən böyük rüsvayçılıqlardan biri də qohumlarını girov götürməklə siyasi rəqiblərə təzyiq etmək praktikasıdır. Rejim bu iyrənc yolla yuxarıda sadaladığım ictimai-siyasi xadimlərin heç birini susdura bilmədiyi kimi, Türkel bəyi də susdura bilməyəcək. Ancaq belə ləyaqətsiz mübarizə üsulları xalqımızda ikrah hissi yaradır. Və bir gün bütün “hesablar” ödənməsi üçün rejimin, onun şərçi əlaltılarının, üzəduranların qarşısına qoyulacaq.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər
  • Lənətə gəlmiş bu ölüm maşınını durdurmalıyıq!