Azərbaycandan terror təhlükəsi gözləyirəm

Azərbaycandan terror təhlükəsi gözləyirəm

Qənimət Zahid

Avropada 3 nəfərin «zərərsizləşdirilməsi» iləbağlı qərar verildi

Bu ilin may- iyun aylarında Azərbaycan məəli bir kriminal xəbər aldıq. Ciddi və həyəcanlı xəbər olsa da, açığı, onu dərhal ictimailəşdirmək istəmədim. Dəfərlərlə deyirəm ki, mən şəxsi təhlükəsizliyimlə bağlı məsələləri ictimailəşdirmək istəmirəm. Ölkə bütünlükdə o boyda təhlükənin altında olduğu zamanda, özümüzün şəxsi təhlükəsizliyimizlə bağlı xəbərləri yeri gəldi- gəlmədi, qabartmaq istəmirəm. Amma məhdud çevrədə müzakirə etdikdən sonra hələ o zaman belə qərara gəldim ki, bu məsələ ilə bağlı yığcam açıqlama yayıb məsələnin təfərrüatı ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verək. Belə də etdik. Söhbət mənim vəəməkdaşlarımızın şəxsi təhlükəsizliyi, daha açıq desəm, birbaşa fiziki baxımdan məhv edilməsi planı ilə bağlı idi.

Azərbaycan böyük ölkə deyil, buna görə də orda bəzən hətta ən məhdud çevrədə qəbul edilən qərarlarla bağlı xəbərlərin sızma ehtimalı da az deyil. O zaman mənə verilən xəbər bundan ibarət idi ki, Azərbaycanda ən yüksək səviyyədə mənim aradan götürülməyimlə bağlı qərar verilib. Bunu kim, necə icra edəcək, bu, artıq mənim qayğılarım sırasında olmamalı idi. Bəri başdan onu da vurğulayıram ki, heç zaman xüsusi ehtiyat tədbirləri görmək fikrində də  olmamışam. Dəfərlərlə, burada və ya başqa ölkələrdə yaşayan dostlardan tövsiyyələr alıram ki, çox ehtiyatlı olmaq lazımdır, daha tədbirli olmalıyam və sairə.

Amma necə? Kölgələrlə vuruşmaq kimi şakərim yoxdur…

Təxminən bir həftə bundan əvvəl yenə də Bakıdan, kifayət qədər etibarlı qaynaqdan aldığım məlumatda vurğulanırdı ki, Azərbaycanın xüsusi xidmət orqanları öz agentura şəbəkəsinə mənim yaşadığım ünvan, başlıca hərəkət istiqamətlərim barədəməlumatların toplanması tapşırığını veriblər. Bu cür tapşırıqlar, əlbəttə, obyektə gül dəstələri bağışlamaq üçün verilmir. Amma mən bu xəbəri də ayrıca bir məlumat kimi açıqlamadım. Çünki, bunlar təfərrüatdır. Dünən aldığım xəbər isə bu təfərrüatı daha da zənginləşdirən elementlərdən ibarətdir. Faktik olaraq, film kimi bir süjet! Uzun- uzadı təsvir edib vaxtınızı almaq istəmirəm. Məsələnin məğzi bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti çox yüksək səviyyəli tədbirlər gördüyünü və əməliyyatı başa çatdırmağa yaxın olduğunu zənn edir. Mənə çatdırılan təfərrüat bundan ibarətdir ki, azərbaycanlı kriminal avtoritetlərdən biri Avropada yaşayan 3 nəfər «narahat mühacirlə» bağlı tədbirlər görülməsini öhdəsinə götürüb. Bu, elə əslində, iyun ayından aldığım məlumatın təsdiqi və davamıdır. Adını çəkmək istəmədiyim (qeyd edirəm ki, adlar bizə bəllidir) kriminal avtoritet Meydan TV-nin Almaniyada yaşayan aparıcı simaları olan Emin Milli və Həbib Müntəzirin, eləcə də Fransada mənim zərərsizləşdirilməyimlə bağlı əməliyyatı icra etməyə razılıq verib. Bu məsələnin təfərrüatları həmin avtoritetin son zamanlar Azərbaycandan ezam edilmiş bir jurnalistlə görüşündə də müzakirə edilib. Mənə çatdırılan xəbərdə bildirilir ki, azərbaycanlı kriminal avtoritet bu terror əməliyyatlarını birbaşa deyil,  Türkiyənin vəRusiyanın bəzi cinayətkar qruplaşmaları vasitəsilə həyata keçirəcəyini planlaşdırıb. Bu əməliyyatın indi hansı səviyyədə olduğunu deyə bilmərəm, amma bu mətni yazdığım ana qədər onun hələ başa çatmadığını deyə bilərəm.

Təkrar vurğulayıram ki, məlumat kifayət qədər dəqiqdir və ciddi qaynaqlardan əldəedilib.

Məsələnin başqa tərəfi hakimiyyətin qayğısı ilə bağlıdır. Bildiyiniz kimi, Maltada Panama sənədləri və Azərbaycan məəli korrupsiyanı araşdıran jurnalist xanım Dafne Qaliziyanın öldürülməsi barədə bütün xəbərlərin təqdimatında, mütləq bir abzas xatırlanır ki, o, «Malta və Azərbaycanın hakimiyyətdə olan ailələri arasında korrupsiya əlaqələrini ifşa edirdi». Azərbaycanda məhz tənqidçi jurnalistika səbəbindən qətləyetirilən Elmar Hüseynovun qatilləri də hələ tapılmayıb və bu qətlin məsuliyyəti hələdə Azərbaycan hakimiyyətinin üzərində qalıb. Görünür, oralarda belə hesab edirlər ki, daha bir neçə nəfərin zərərsizləşdirilməsi üçün, həm də dolayı vasitələrlə həyata keçirilən terror əməliyyatı yerinə düşərdi.

Bu açıqlamanın sonunda həmkarlarım Emin Millini və Həbib Müntəziri də xəbərdar edirəm: təşkil edilən bu əməliyyatla bağlı mütləq və mütləq  yaşadığınız ərazidə hüquq mühafizə orqanlarını məlumatlandırın. Kimin icra etməsindən asılı olmayaraq, planlaşdırılan bu terror niyyətinin arxasında Azərbaycanın siyasi hakimiyyəti dayanır.

>
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır